
“Türkiyədəki hərbi bazalardan istifadə edilmədən DEAŞ-ın məğlub edilməsi mümkün ola bilməzdi”.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.
Stoltenberq görüş zamanı “Türkiyə DEAŞ-a qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən DEAŞ-ın məğlub edilməsi mümkün ola bilməzdi”, – deyib.
Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə nəzər salmağın kifayət olduğunu ifadə edən Stoltenberg, “Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”, – deyə bildirib.
Göründüyü kimi, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin terrora qarşı mübarizədəki rolunun həlledici olduğunu vurğualamaqla, tarixi etirafa imza atıb. Bu etiraf Türkiyənin tarixin bütün dövrlərində olduğu kimi, bu gün də terror qarşı mübarizənin önündə getdiyini isbatlayır.