Türkiyəyə böyük itki - MƏSUD YILMAZ HƏYATINI İTİRDİ

  • By admin
  • 19 Sentyabr 2020 22:43

Türkiyənin keçmiş baş nazir Məsut Yılmazın beyin əməliyyatından sonra vəziyyətinin pisləşməsi, hətta həyatını itirməsi ilə bağlı xəbərlər yayılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yazar İsmet Orhana istinadən yayıb.

Həkimlər isə keçmiş Baş Nazirin beyninin funksiyasını tamaməm itirdiyini, buna baxmayaraq həyatdan tam köçmədiyini bildiriblər. 

Məsut Yılmaz 1947-ci il, noyabrın 6-da İstanbulda anadan olub. İlk dəfə 1983-cü ildə ANAP pariyasından TBMM-yə seçilib. 1986-1990-cı illər arasında Turqut Özalın qurduğu hökumətlərdə Xarici işlər naziri, sonra Mədəniyyət və turizm naziri təyin edilib.
ANAP sədri Yıldırım Akbulutun istefasının ardından 1991-ci ildə keçirilən qurultayda yeni sədr seçilən Yılmaz baş nazir olub. 1995-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdən sonra qurulan koalisiya hökumətində baş nazir təyin edilib. 1997-1999-cu illər arasında baş nazir vəzifəsində çalışıb. 2000-2002-ci illər arasında DSP-MHP-ANAP koalisiyasında dövlət naziri və baş nazirin müavini olaraq iştirak etdib. Partiyası 2002 seçkilərində parlamentə girə bilmədikdən sonra istefa verib.
2007-ci il ümumi seçkilərində Rize-dən müstəqil millət vəkili olaraq seçilib. 15 yanvar 2009 və 2011 arasında ANAP və Həqiqi Yol Partiyasının birləşməsi nəticəsində qurulan Demokrat Partiyasında siyasi aliyyətini davam etdirib. 2004-cü ildə Ali Məhkəmədə mühakimə olunub. Cümhuriyyət dövründə Ali Məhkəmədə mühakimə olunan ilk baş nazir kimi tarixə düşüb.

 

 

Gununsesi.info