İmzalanan müqaviləyə müvafiq olaraq Rusiya tərəfi Türkiyəyə daha bir partiya S-400 HHM sistemi almaq imkanı verməlidir.
Gununsesi.org Avropa.info-ya istinadən xəbər verir ki, bu açıqlama ilə “Rosoboroneksport”un sədri Aleksandr Mixeyev çıxış edib.
“O ki, qaldı S-400 kompleksinə tədarük 100% həyata keçirilib, bütün platformalar artıq bu ölkədədir, təlim yekunlaşır və yaxın gələcəkdə döyüş hazırlığı vəziyyətinə gətiriləcək” – Mixeyev belə deyib.
Mixeyev hazırda S-400 proqramının yerli şərtlərə uyğunlaşdırılması və birgə istehsalı proqramı üzərində Türkiyə tərəfi ilə müzakirələr aparıldığını bildirib.