Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin İstanbul və Ankaraya olan aviareysləri təxirə salınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski mətbuata məlumat verib. O bildirib ki, iyulun 16-da saat 06:45-də və 08:45-də həyata keçirilməli olan Bakı-İstanbul aviareysləri təxirə salınıb. Həmçinin saat 09:10-da Bakı-Ankara aviareysi də ləğv olunub.
P.Kəsəmənski qeyd edib ki, bu reyslərə aviabilet alan sərnişinlər biletləri istədikləri tarixə pulsuz dəyişdirə və yaxud heç bir əlavə ödəniş etmədən qaytara bilərlər. Türkiyə kurortlarına olan aviareyslər isə heç bir dəyişiklik olmadan cədvələ uyğun yerinə yetirilir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”-nın aşağıdakı reysləri təxirə salınıb:
J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara
Gununsesi.info