“Qəzaya uğrayan nəqliyyat təyyarəsi NATO ölkələri arasında ən geniş istifadə olunan modellərdən biridir. Demək olar ki, bu, dünyada ən çox istifadə edilən hərbi yük təyyarəsidir. 30 milyon saatdan artıq uçuş təcrübəsinə malikdir və kifayət qədər etibarlı hava vasitəsi kimi tanınır”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin texniki xüsusiyyətlərini şərh edərkən deyib.

“İlk dəfə aviadaşıyıcıdan eniş və qalxışı həyata keçirən yük təyyarələri məhz ‘Hercules’lər olub. Bu təyyarələrin ekipajı 4 nəfərdən ibarətdir və 4 mühərriklə təchiz edilir. Qanad açıqlığı 40,4 metr, uzunluğu 29,7 metr, hündürlüyü isə 11,6 santimetrdir.
Maksimal yüklə uçuş məsafəsi 5200 kilometrdir, 92 sərnişin və ya 20 ton yük daşımaq gücünə malikdir. 3050 metr yüksəklikdə maksimum 700 km/saat sürətlə hərəkət edə bilir. Bu təyyarələr 1954-cü ildən bəri dünyanın bir çox münaqişə zonalarında geniş şəkildə istifadə olunub”.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Şəbnəm













