Türkiyəyə qarşı “Afrin tələsi”-MÜRTƏZA BÜNYADLI yazır

Türkiyəyə qarşı “Afrin tələsi”

 
ABŞ Dövlət katibi Reks Tillersonun Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə  Suriya, xüsusən də Afrin çözümü ilə bağlı səfərinin həmən ardınca  Afrində vəziyyətin  birdən-birə kəskinləşməsi  bir çoxlarında çaışqınlıq yaratsa da, bunu bir tələ olduğunu hamı anlayır. Bəs,  o zaman sual oluna bilər ki, Türkiyəyə qarşı Afrin təxribatı və tələsi kimə və nə üçün lazımdır?!  Çünki Tillersonun səfərinin həmən ardınca Afrində  terrorçu YPG güclərinin Bəşər Əsəd rejimi ilə anlaşaraq  Afrini onlara təhvil verilməsi və qısa zaman ərzində Əsəd qoşunlarının bu bölgəyə daxil olması barədə narahat edici xəbərlər  yaymaq kimə lazım idi?! Onsuz da  bölgədə gərgin olan vəziyyəti mürəkkəbləşdirmək və bununla da “bulanıq suda balıq tutmaq” istəyənlərin marağı nə idi?! Və ya YPG-ni buna vadar edən nə idi? Axı bu terrorçu qruplaşmaya  ABŞ-ın hərtərəfli dəstəyi fonunda YPG-nin belə addım atması nəyə xidmət edirdi?  
Baş verənlər və yayılan məlumatlar onu deməyə əsas verir ki, Türkiyəyə qarşı bu təxribar bölgədəki bütün maraqlı güclərin marağındadır. Sanki Qərb,  Rusiya, İran, İsrail uzun müddətdən bəri çox incəliklə işləyib hazırladığı bir planı ani bir məqamda işə salınıb. Məqsəd isə aydındır, Ankaranı Afrin bataqlığına cəlb edib, orada boğmaq…  
Afrində “Zeytun budağı” əməliyyatı baladığı andan İran və Qərb bu əməliyyatın əleyhinədri. Rusiya   ilk bir neçə gündə qeyri-müəyyən mövqe sərgiləsə də, sonrakə dönəmdə  Türkiyəni yumşaq formada dəstəklədi. Lakin Afrin əməliyyatı Rusiyanın da ürəyindən olmayan bir əməliyyat idi. Ancaq yaranmış durumda Moskva  Türkiyədən yararlanaraq  YPG-nin onlara arxa çevirərək ABŞ-a  üz tutmasını bağışlamayaraq  bir dərs vermək istədi. Və bunu da “Zeytun budağı” əməliyyatı ilə gerçəkləşdirdi. Çünki YPG-nin yaranması, onun formalaşmasında, gücə çevrilməsində Moskvanın hərtərəfli rolu olub. Günü bu gün də Moskvada YPG-nin nümayəndəlikləri mövcuddur və buradan maddi, ideoloji, siyasi, texniki yardım alıb. Amma son bir neçə ildə YPG-nin Rusiyadan üz döndədərək ABŞ-a üz çevriməsini Moskva heç cür həzm edə bilmirdi və hansısa formada ona dərs verməyi planlaşdırırdı. Bunu da Türkiyə vasitəsi ilə etdi. Moskva bu fürsətdən istifadə etdi. Moskva Ankara ilə birləşərək YPG-ni sıxışdırmaq yolunu tutdu. Düzdür, burada Moskva YPG daxilindəki öz nəzarətində olan qüvvələrdən də istifadə etdiyi istisna deyil.
Onu da qeyd edək ki, Moskva bununla Türkiyəyə də müəyyən xəbərdalqı mesajı vermiş oldu. Moskvanın bu əndişəsini Tillersonunun Ankara  səfəri və  bağlı qapılar arxasında aparılan danışıqların nəticəsi kimi dəyərləndirmək və ya yozmaq olar. Ona görə ki, Ankaranın Suriya məsələsinin həllindəki baxışları Moskva və Tehranla üst-üstə düşmür. Ankaranın Əsəd rejimi ilə bağlı mövqeyi daha çox Qərbin mövqeyinə yaxındır.  Odur ki, bu hadisələri Moskvanın “bir güllə ilə iki yox, daha çox dovşan vurması” kimi dəyərləndirmək də olar. Necə deyərlər Moskva öz gücünü nümayiş etdirməklə tərəfləri onunla hesablaşmağa vadar etmək istəyi olub.
Çünki  YPG lideri Saleh Müslimin Əsəd qoşunlarının Afrinə girməsi ilə bağlı vasitəçiliyin  Rusiyanın  etməsi barədə bəyan verməsi çox şeylərdən xəbər verir. Türkiyə mətbuatının verdiyi xəbərə görə,  terror təşkilatının lideri Saleh Müslim Suriya hökumətinə təklif göndərdiklərini və hazırda cavab gözlədiklərini deyib. Müslim, həmçinin əlavə edib ki, təşkilatın Bəşər Əsədlə danışıqlarında Rusiya vasitəçilik edir.
Suriyanın dövlət telekanalı  fevralın 19-da rejimə bağlı ordunun 24 saat ərzində Afrinə daxil olmasnın əsas səbəbi kimi  PYD/YPG terrorçularının  Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu qarşısında tab gətirə bilməməsi olub.  PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib. Və hətta ortada müəyyən müəyyən şərtlər  olub.
1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;
2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;
3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.
Əsədin nümayəndələri şərtlərin razılşadırdığını desə də, PYD/YPG-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.     
Düzdür, Saleh Müslimin “Rusiya vasitəçilik edir” açıqlamasına Moskvadan cavab gecikməyib. Kreml yayılan məlumatı təkzib edib.
Rusiyalı parlamentarilərin, ekspertlərin də açıqlamalarında Əsəd qoşunlarının Afrinə griməsi marağı açıq dilə gətirilir.  Lakin  onlar da   Əsəd qoşunlarının Afrinə girəcəyi  təqdirdə  vəziyyətin nəzarətdən çıxamasından ehtiyat edir.  Moskva sadəcə yaranmış vəziyyətdən özü çün maksimum yararlanmağa çalışır və bu yolla da Türkiyəyə  dolayısı təzyiq  yolunu seçib.
Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da  Əsəd qoşunlarının Afrinə girməsi ilə bağlı yayılan xəbərlərdən sonra Rusiya Prezidenti ilə telefon əlaqəsi yaratması yuxarda sadaladığımız arqumentləri daha da möhkəmlətmiş olur.
O zaman sual oluna bilər ki, ABŞ nədən PYD/YPG-nin Əsəd rejimi ilə əməkdaşlığına razılıq verdi. Vaşinqton Türkiyəni Afrin əməliyyatından çəkindirə bilməsə də, PYD/YPG-yə bundan sonra da dəstək verəcəyini bəyan edib.   Ümumiyyətlə Qərb, Rusiyanın, İsrailin və İranın   Türkiyə məsələsində maraqları toqquşmadığından, əksinə üst-üstə düşdüyündən   yarnmış vəziyyətdə Türkiyənin başlatdığı əmliyyatı uğursuluğa düçar etmək istəyi dayanır. Məqsəd  də Suriya ilə Türkiyəni toqquşdurmaqla bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirmək, bölgədə yeni situasiya yaratmaq,  bunun da günahını Ankaranın üstünə yıxmaq planı olub.
 Amma Türk ordusu qüdrəti ilə yanaşı diplomatyasının da qüdrətini işə salmaqla  bu bataqlıqdan çıxmaqdadır. Buna baxmayaraq Ankara daha diqqətli olmalı və ordunun gücü ilə yanaşı daha çox diplomatiyanın gücündən istifadə etməlidir.
Mürtəza Bünyadlı
Gununsesi.info

COMMENTS