Türkiyə 5 ölkənin vətəndaşlarına sərhədlərini bağladı

  • By admin
  • 27 Noyabr 2021 09:19

Türkiyə koronavirusun yeni ştammının yayılması səbəbilə beş ölkədən gələn əcnəbilər üçün sərhədlərini bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün tvitter səhifəsində yazıb.

“Bu gecədən etibarən koronavirusun yeni ştammının yayılması səbəbilə Botsvana, CAR, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə quru, hava, dəniz və dəmir yolu vasitəsilə səyahət etmək qadağan edilir”.

Gununsesi.info