Türkiyə Afrində daha 2 şəhid verdi – 5 yaralı var

  • By admin
  • 04 Fevral 2018 22:32


Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Hatay rayonunun Hassa qəsəbəsindəki polis bölməsi terrorçular tərəfindən top atəşinə tutulub.

Gununsesi.info Posta-ya istinadən xəbər verir ki, hücum nəticəsində 2 əsgər şəhid olub, 5 hərbiçi yaralanıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.

Bildirək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində 935 terrorçu zərərsizləşdirilib.

 

Gununsesi.info