“Türkiyə axını” qaz kəməri Macarıstanadək uzadılacaq

  • By admin
  • 05 İyul 2017 21:57

turkaz

Macarıstan və “Qazprom” şirkəti “Türkiyə axını” qaz kəmərinin bu ölkəyədək uzadılması barədə razılığa gəliblər.

Gununsesi.info Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin magistrala 2019-cu ilin sonlarında qoşulacağı gözlənilir.

Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyyartonun sözlərinə görə, bu marşrut Rumıniya və ya Xorvatiyadan keçən marşruta nisbətən daha realdır.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti Qara dənizdən keçməklə “Türkiyə axını” qaz kəmərinin tikintisinə başlayıb. Bu layihə Ukraynadan yan keçərək təbii qazı Avropaya çatdırmaq məqsədi daşıyır. “Türkiyə axını” qaz kəmərinin ildə 15,75 milyard kubmetr gücə malik bir xətti Türkiyə bazarı, analoji gücə malik digər xətti isə Avropa bazarı üçün nəzərdə tutulub.

Gununsesi.info