Üzərinə uçan binanın altından son anda qurtuldu/ /VİDEO

  • By admin
  • 16 Fevral 2023 16:56

Türkiyədə 6 fevralda yaşanan dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların xilasetmə işləri davam etdirilir.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Antakiya şəhərində binaların dağıntılarının aradan qaldırılması üçün çalışan Vedat Yıldırımın zərər almış binanın söküntüsü zamanı üzərində düşən binadan xilas olması böyük marağa səbəb olub.

Türkiyənin Ərzurum şəhərindən axtarış-xilasetmə üçün Antakiyaya gələn Vedat iş makinası ilə çalışarkən həmin bina bir andaca yerlə bir olub.

Üzərinə uçan hündürmərtəbəli binanın altında qalmaqdan son anda qurtulan sürücü saniyələr içində özünü çölə atmağı bacarıb.

Ölümdən son anda qurtulan Yıldırımın bu davranışı yaxınlıqdakı video kameraların qeydlərinə düşüb.


Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info