Türkiyə bunu bütün dünyaya QADAĞAN ETDİ: Azərbaycandan başqa

  • By admin
  • 25 Mart 2022 13:47

Türkiyədə qiymət artımı ilə gündəmdə olan qırmızı ətin ixracına məhdudiyyət qoyulub.

Bu barədə Gununsesi.info Türkiyə KİV-lərinə istinadən bildirir.

Türkiyə Ticarət Nazirliyi İstanbul Gömrük və Xarici Ticarət Regional Müdirliyi tərəfindən alınan qərarda Şimali Kipr Türk Respublikası (ŞKTC), Azərbaycan və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün ölkələrə iribuynuzlu mal-qara, qoyun və keçi ətinin ixracının məhdudlaşdırılması qeyd olunub.

Gununsesi.info