Türkiyə bunu da BACARDI: dünyada ilk dəfə 500 metrə…

  • By admin
  • 11 Dekabr 2021 19:22

Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı “Eren” dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir.

Gununsesi.info