Türkiyə demokratiya uğrunda, eyni zamanda, PKK və İŞİD-ə qarşı mübarizə aparır - Azərbaycan nümayəndə heyətinin rəhbəri

  • By admin
  • 10 Oktyabr 2016 21:55

samad-seyidov-2

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov assambleyanın plenar sessiyasında Türkiyə ilə bağlı müzakirələrdə iştirak edib.

Gununsesi.info-nun məlumatına görə, S.Seyidov deyib ki, Türkiyəni müdafiə etmək Avropanı müdafiə etmək deməkdir:

“Bu gün bunu başa düşməyənlər Türkiyədə baş vermiş hadisələrə ikili standartlarla yanaşırlar. Türkiyənin üzləşdiyi çətinlik təkcə dövlət çevrilişi və ondan sonrakı proseslər deyil. Türkiyə demokratiya uğrunda, eyni zamanda, PKK terror təşkilatına və İŞİD-ə qarşı mübarizə aparır”.

Nümayəndə heyətinin rəhbəri əmin olduğunu bildirib ki, Avropa Şurası Türkiyənin önəmini başa düşərək qarşıdan gələn müzakirələrdə ona öz dəstəyini verəcək. “Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bildirirəm ki, biz Türkiyəyə xüsusi önəm və dəstək veririk” – deyə, S.Seyidov qeyd edib.

Gununsesi.info