Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: Həmin 66 nəfər…

  • By admin
  • 08 Avqust 2021 22:11

Antalya vilayətinin Manavqat rayonu ilə yanaşı Türkiyənin fərqli nöqtələrində başlayan yanğınlarla bağlı provakasiya xarakterli paylaşımlar edən 66 nəfər təsbit edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.

Jandarma Komandanlığından verilən açıqlamaya görə, mövcud məsələ ilə əlaqədar Kiber Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.

Qeyd edilib ki, ümumilikdə 1742 sosial media hesabı və xəbər səhifələri, 1347 veb sayt araşdırılıb.

“Xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək və ya aşağılamaq, türk millətini, Türkiyə Dövlətini, dövlətin qurumlarını aşağılamaq və prezidentə həqarət kimi cinayət törətdikləri müəyyən edilən 66 şübhəlinin kimliyi müəyyən edilib”. – açıqlamada deyilir.

Bu şəxslər barəsində ədli proseslərin başladılması üçün Antalya Respublika Baş Prokurorluğu və əlaqədar qurumlarla koordinasiya qurulub.

Sosial mediada ya da internet məkanında reallığı əks etdirməyən qavrayış yaratmağı hədəfləyən, terror təşkilatları və qeyri-leqal strukturların sosial media fəaliyyətlərinə dəstək niyyəti sərgiləyən xəbər yayımı aparan 17 xəbər səhifəsinə və veb saytına girişin qarşısını almaq üçün Sülh Cəza Hakimliyinə lazımi xəbərdarlıq edilib.

Gununsesi.info