Türkiyə hərbi gəmilərini Qara dənizə göndərdi

İki freqat – Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Yavuz” və “Yıldırım” Bosfor boğazından keçərək Qara dənizə keçib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Boğaziçi boyunca hərəkəti müşahidə edən Yörük Işık “Twitter” səhifəsində məlumat verib.

“Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Yavuz” sinifli MEKO 200TN Track I və Yıldırım F243 freqatları Bosfor boğazından Qara dənizə doğru keçdi”, – deyə Işık yazıb.

Gununsesi.info