Türkiyə hökuməti: Ermənilərin iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz

  • By admin
  • 13 Dekabr 2019 20:50

Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Bildirilib ki, ABŞ Senatının qəbul etdiyi qondarma “erməni soyqırımı” barədə qətnamə heç bir hüquqi əsasa malik deyil və Ankara bu sənədi qətiyyətlə pisləyir:

“Siyasi təcrübə göstərir ki, qondarma “erməni soyqırımı”nı hər zaman üçüncü qüvvələr istifadə edir”.

O da qeyd olunub ki, vaxtilə Ankara Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiyası yaratmağa çağırıb, amma Ermənistan öz tarixindən qorxduğur üçün bu çağırışa heç bir reaksiya verilməyib.

 

Gununsesi.org