Türkiyə ilə Azərbaycan arasında TARİXİ ANLAŞMA

  • By admin
  • 15 Dekabr 2020 09:40

Azərbaycanın Dağlıq Qarabağda qazandığı tarixi zəfərindən sonra bölgədə türk birliyinin leyhinə dəyişən balans Türkiyə ilə Azərbaycanın enerji sektorunda atacağı strateji addımla inkişaf edəcək.

Gununsesi.info Türkiyə mənbələrinə istinadla xəbər verir ki, Qarabağın işğaldan azad edilməsindən dərhal sonra Naxçıvandan fasiləsiz təbii qaz axınını təmin etməsi üçün energetik nazirləri bu gün anlaşma memorandumu imzalayacaqlar.

Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəmərindən də təmin ediləcək.

Layihəni BOTAŞ ve SOCAR icra edəcək.

Gununsesi.info