Türkiyə ilə bağlı daha bir sənəd TƏSDİQLƏNDİ

  • By admin
  • 15 Fevral 2022 12:12

“Azərbaycan və Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında qərar verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən, tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması nəzərdə tutulur.

Gununsesi.info