Türkiyə ilk kəşfiyyat peykini buraxır

  • By admin
  • 01 Dekabr 2016 21:15

gokturk1-thales_alenia_space

 

Türkiyə Silahlı Qüvvələrinə məxsus kəşfiyyat xarakterli “Göktürk-1” peyki dekabrın 5-də, Bakı vaxtilə saat 18:51-də buraxılacaq.

Gununsesi.info “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, “Göktürk-1”in montaj və inteqrasiya fəaliyyətləri layihənin podratçıları olan “Telespazio” (İtaliya) və “Thales Alenia Space” (Fransa) şirkətləri tərəfindən Fransanın Kann şəhərindəki müəssisələrdə gerçəkləşdirilib.

Peykin Yer ətrafında dövrəsi 90 dəqiqə davam edəcək. Onun Yerə il ərzində 60 min şəkil çatdırmaağı planlaşdırılır. Bu, Türkiyə tarixində ilk kəşfiyyat peyki olacaq.

 

Gununsesi.info