Türkiyə İrəvana təklif verdi, cavab gözləyir

Türkiyə xüsusi nümayəndələr arasında növbəti görüşün Ankara və ya İrəvanda keçirilməsi ilə bağlı təklif verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı mənbəyə istinadla məlumat yayıb.

“Əgər söhbət iki ölkə arasında münasibətlərin normallaşmasından gedirsə, danışıqların 3-cü dövlətin iştirakı olmadan baş tutması məntiqli olardı”, – mənbə bildirib.

Mənbə qeyd edib ki, biz Ankara və ya İrəvanda görüş keçirməyi təklif etmişik, amma hələlik cavab almamışıq:

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına maneələrdən biri də erməni diasporunun təzyiqidir. Bəzi hallarda proses sabotaj edilir. Amma ümid edirik ki, normallaşma prosesi davam edəcək”.

Gununsesi.info