Türkiyə İranla sərhədinə qoşun toplayır

  • By admin
  • 01 Oktyabr 2021 11:16

Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakyari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunun hərəkəti müşahidə olunub.

Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistanla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.

Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.

Gununsesi.info