Türkiyə İsveçrəyə nota verdi

  • By admin
  • 11 Avqust 2021 11:43

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, PKK/YPG–nin “Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi”ni açması ilə əlaqədar İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkili XİN-ə çağırılaraq, ondan izahat istənilib.

İsveçrə səlahiyyətlilərinin əvvəlcə də belə təşəbbüsdə olduğu xatırladılıb, terror təşkilatının, yaxud ona bağlı olan qrupların dərnəklər və ya qeyri-hökumət təşkilatları adı altında terror fəaliyyətini qanuniləşdirilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb.

Həmçinin qeyd olunub ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır:

“Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”.