Türkiyə məşhur basketbolçunu terrorçular siyahısına salıb

  • By admin
  • 19 Yanvar 2023 22:09

Türkiyə basketbolçu Enes Kanter Fridomu axtarışda olan terrorçular siyahısına salıb.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir. 

Fridomun adı Türkiyə Daxili İşlər Nazirliyinin beş səviyyəli rəng kodlu sistemi olan “Boz Siyahı” adlandırdığı siyahının ən aşağı, təxminən 26,600 dollara (500 min türk lirəsi) qədər mükafatın təklif olunduğu sırasındadır.

Türkiyənin Enes Fridomu siyahıya nə vaxt əlavə etdiyi bəlli deyil. Lakin o, çərşənbə axşamı Fox News-a müsahibəsində bu barədə Vatikanda basketbol düşərgəsində olarkən öyrəndiyini və Federal Təhqiqat Bürosu ilə əlaqə saxladıqdan sonra geri, ona Amerika Birləşmiş Ştatlarına dönməli olduğu deyildiyini bildirib.

“Türkiyə hökuməti ilk dəfədir ki, orada baş verən bəzi insan haqları pozuntuları və siyasi məhbuslar haqqında danışdığım üçün başıma mükafat qoyub və məni ən çox axtarılan terrorçular siyahısına salıb. Və bilirsiz, mən tək deyiləm. O siyahıda çox sayda jurnalist, akademik, professor və məşhurlar var” , Fridom Fox News-a bildirib.

Enis Fridom Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanı və ölkədəki insan haqları ilə bağlı vəziyyəti tənqid edib. O, Bayden administrasiyasını, digər Qərb və NATO liderlərini hərəkətə keçməyə çağırıb.

Türkiyə 2019-cu ildə ABŞ-da yaşayan din xadimi Fətulla Gülənlə əlaqələrinə görə terror qruplaşmasının üzvü olmaqda ittiham edərək, Enes Fridom barəsində həbs qərarı verib.

 

Tərcümə:

Elmar