Türkiyə Maliyyə Naziri Berat Albayrakın istefası tələbi qəbul edilib

  • By admin
  • 09 Noyabr 2020 23:44

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib. 

Gununsesi.info-nun məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Prezidentinin səlahiyyəti çərçivəsində 2018-ci ildə Maliyyə naziri təyin edilən Berat Albayrakın indiyədək göstərdiyi fəaliyyət Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdir edilib.

 

“Məlum olduğu kimi 8 yanvar 2020-ci ildə Berat Albayrak sosial şəbəkə vasitəsilə səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb. Prezidentimiz bu tələbi dəyərləndirərək istefa ərizəsini qəbul edib”, deyə açıqlamada bildirilib.

 

Gununsesi.info