Türkiyə mediası: İran-Azərbaycan gərginliyi artır

  • By admin
  • 27 Yanvar 2023 12:46

Türkiyə mətbuatın Azərbaycan və İran arasındakı gərginliyin artmasından yazır.

Gununsesi.info xarici mətbuata istinadən həmin yazını sizə təqdim edir.

Ukraynada yaşanan müharibə 2022-ci ilin ən önəmli olaylarından biri idi. Rusiya və Qərbin müdaxilə etməsi ilə gündəmimiz bu savaşla bağlı yeniliklərlə doldu-daşdı.

Ancaq Kosovada və Qafqazın Dağlıq Qarabağ bölgəsində yaşanan gərginliklər bir xeyli önəmlidir. İran, Suriya, İraq, Yəmən və Livandan sonra indi də Qafqaz bölgəsində bir yara açmağa çalışır.

Qarabağ problemi Azəebaycanla Ermənistan arasında bir problem olmaqdan çıxıb Azərbaycanla İran arasında siyasi böhrana doğru sürüklənir. İran molla rejimi ölkədəki Azərbaycan türklərinə yönəlik siyasətini sərtləşdirərkən, digər yandan da Azərbaycan siyasi iqtidarını birbaşa hədəf alır. Bu böhran önümüzdəki 5 ildə Qafqazın ən böyük problemi olmağa namizəddir. Elə ki, İran bu böhranın mərkəzinə bizi də çəkmək istəyir.

İşğal edilmiş torpaqlarını ermənilərdən xilas etmək üçün minlərlə şəhid verən Azərbaycan Türkiyənin də dəstəyi ilə işğal altındakı torpaqlarını geri aldı. Prezident Ərdoğanın 10 dekabrda Qarabağdakı əsgəri qazanclar üçün hazırlanan Zəfər Keçidi şənliyində Araz çayı ilə bağlı oxuduğu şeir Tehran mollalarını qəzəbləndirdi.

Qafqazda yaşanan gərginlik, əslində 1990-cı illərdə həlliinə qovuşdurulmayan toqquşmaların qalıntılarıdır.

İran və Azərbaycan arasındakı təbii sərhəd olan Araz çayının iki tərəfində Azərbaycan türkləri yaşayır. İran isə bu təbii sərhəddən olduqca narahatdır.

Gün gəldi və Qarabağ zəfəri ilə Araz şeiri çayın ayırdığı Azərbaycan türklərinin həsrətini dilə gətirdiyi üçün 10 illərdir qurşaqdan-qurşağa ötürülən bir ağı dəyərindəykən bu gün artıq İranın Azərbaycanla çox uzun sərhədi yarandı.

Iran rejimi ölkəsində yaşayan 28 milyon Azərbaycan Türkünü necə zəbt edəcəyini düşünər dursun. Ölkədə yaşana iç qarışıqlıq müddətində ən böyük etnik qrupun şəhərlərində küçələrə tökülməsini önləmək üzrə hər yolu sınayır. Məqsəd Arazın iki yaxasındakı qardaşları bir-birinə vrudurmaqdır.

İranda xalq küçələrdədir və biz küçələrdə nələr olur?, – deyə xəbərlərə diqqət edərkən, İran dövlət televiziyası Səhər TV-nin hazırladığı sənədli filmdə Əliyev ailəsinin etnik köklərinə dair spekülyasiyalar və suçlayıcı iftiralarla dolu material yayımlandı. Propaqanda mövzusunda İran azımsanmayacaq dərəcədə güclü bir ölkədir.

Söz mövzusu sənədli filmin yayımlanması Tehran və Bakı arasındakı gərginliyin ən yüksək səviyyəyə daşınmasının açıq bir işarəsidir. Ancaq İran televiziyası THeydər Əliyevin vaxtı ilə “PKK-ya yardım etməsi” iddiasını ortaya ataraq Bakı və Ankara arasında münasibətlərə minalar döşəmək “istəyir”.

Rusiya dövlət başçısı Putinin Ukraynada aldığı zərbə bir çox geopolitik hesabı dəyişdirməyə başladı. İran isə hələ odla oynayır…

 

Tərcümə: Arzu

Gununsesi.info