Türkiyə millisinin daha bir rəqibi bəlli oldu

  • By admin
  • 21 Aprel 2021 19:47

Futbol üzrə Türkiyə millisinin AVRO-2020 öncəsi yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “ay-ulduzlular” iyunun 3-də Moldova yığması ilə qarşılaşacaq. Görüşün yeri və başlama saatı açıqlanmayıb.

Azərbaycan millisi mayın 27-də Alanya şəhərində türkiyəlilərlə, iyunun 5-də isə Kişinyovda moldovalılarla yoldaşlıq görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Türkiyə yığması Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bakıdakı qarşılaşmalarda tribunaların 50 faizinə azarkeşlərin buraxılacağına təminat verilib.

Gununsesi.info