Türkiyə müxalifəti Akşenersiz görüşdü - VİDEO

  • By admin
  • 04 Mart 2023 20:06

Türkiyə müxalifətinin təmsil olunduğu Millət İttifaqının iclası keçirilir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda dünən “Altılı masa”dan ayrıldığını elan edən milliyətçi İYİ partiyasının lideri Meral Akşener iştirak etmir.

Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.

Qeyd edək ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Gununsesi.info