Türkiyə müxalifəti bu gün vahid namizədini elan edəcək

  • By admin
  • 06 Mart 2023 12:22

Bu gün Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən “Millət İttifaqı”  prezidentliyə namizədini açıqlayacaq.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İYİ Partiya sədri Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini ötən həftə rədd etməsi ilə başlayan müzakirələrin ardından ittifaq bu gün bir araya gələcək.

Lakin Akşenerin görüşdə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Toplantıya Səadət Partiyasının sədri Temel Karamollaoğlu ev sahibliyi edəcək. Görüşdən sonra Kılıçdaroğlunun Millət Alyansının prezidentliyə namizədi olaraq ictimaiyyətə açıqlanması gözlənilir.

Xatırladaq ki, cümə günü bir araya gələn CHP lideri Kılıçdaroğlu, Səadət Partiyasının sədri Karamollaoğlu, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, DEVA Partiyasının sədri Əli Babacan və Demokrat Partiyasının sədri Gültəkin Uysal İYİ olub-olmaması ilə bağlı Millət İttifaqı olaraq seçkiyə girmək mövzusunda konsensusa gəliblər.

Tərcümə: Mais

Gununsesi.info