Türkiyə ordusu İraqın şimalında 44 terrorçunu MƏHV ETDİ

  • By admin
  • 02 May 2021 20:50

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər ​​və Quru Qoşunları Komandanı Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı hərbi bazanı ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

H.Akar bildirib ki, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları uğurla davam edir.

Onun sözlərinə görə, hazırkı dövrədək əməliyyatlar çərçivəsində 44 terrorçu zərərsizləşdirilib: “Türkiyə terrorizmin kökünü kəsməyə qadirdir. İraqın şimalında ən qısa zamanda sülh və əmin-amanlıq təmin ediləcək”.

Qeyd edək ki, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-ü başlayıb.

Gununsesi.info