Türkiyə ordusu yeni əməliyya başladı

  • By admin
  • 14 Oktyabr 2019 21:07

Türkiyə Silahlı Qüvvələri (TSK) “Sülh çeşməsi” hərəkatı çərçivəsində Tel Abyad və Resulayn terrorçulardan təmizlədikdən sonra Münbiç üçün əməliyyatlara başlayıb.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bordo berelilər artıq Münbiçə doğru irəliləməyə başlayıb. Bölgədə silah səslərinin eşidildiyi bildirilir.

Qeyd edək ki, “Sülh çeşməsi” hərəkatı çərçivəsində 550 terrorçu zərərsizləşdirilib, 62 kənd terrorçulardan təmizlənib.

 

 

Gununsesi.org