Türkiyə ordusunda hərbçilərin sayı ARTIRILIR

  • By admin
  • 27 Mart 2023 09:11

Türkiyə ordusunda xidmət edən hərbçilərin sayı artırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O qeyd edib ki, bu il orduya 30 min yeni hərbi qulluqçu cəlb ediləcək. Artım müqaviləli əsgərlərin işə götürülməsi ilə həyata keçiriləcək.

“30 062 personal cəlb ediləcək. Proses artıq başlayıb”, – Akar deyib.

Gununsesi.info