Türkiyə PKK-a ilə bağlı İsveçrəyə ETİRAZ ETDİ

  • By admin
  • 10 Avqust 2021 19:17

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, PKK/YPG–nin “Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi”ni açması ilə əlaqədar nazirlik İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkilini çağırılaraq, izahat istənilib. Bununla əlaqədar İsveçrə səlahiyyətlilərinin əvvəlcə də təşəbbüsdə olduğu xatırladılıb, bu terror təşkilatının, yaxud ona bağlı olan qrupların dərnəklər və ya qeyri-hökumət təşkilatları adı altında terror fəaliyyətini qanuniləşdirilməsinin yolverilməz olduğu bildirilib.

Aşıqlamada vurğulanıb ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır: “Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”, – deyə qeyd olunub.