Türkiyə Qarabağdan sonra Ukrayna məsələsinə əl atır: Ərdoğandan Putinə çağırış

  • By admin
  • 29 Noyabr 2021 17:57

Ərdoğan Ukrayna-Rusiya münaqişəsində vasitəçi olmaq istəyir və bunu Putinlə müzakirə etdiyini də bildirir.

Ankaranın hədəfi Ukraynanı Türk Dövlətləri Təşkilatına gətirmək, Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada güclənmək və bu prosesdə Moskva ilə üz-üzə gəlməməkdir. Ukrayna üçün də münaqişənin həllində irəliləyişin yeganə yolu Türkiyə-Rusiya masası görünür:

– Qərbin prosesdə iştirakı indiyə qədər heç bir nəticə verməyib, əksinə Rusiyanın aqressiyasının artması ilə nəticələnir;
– Rusiya güc balansını bölüşdürəcəyi tərəfin Qərb yox, Türkiyə olmasında maraqlıdır: Cənubi Qafqaz və Mərkəzi Asiyada olduğu kimi, Şərqi Avropada da Ankara-Moskva tandemi effektli ola bilər;

Kiyevin son dövrlər Türkiyə ilə yaxınlaşmaq siyasətində münaqişəni bu formatda həll edə bilmək gözləntisi var.

Qarabağ məsələsi göstərdi ki, post-sovet məkanındakı münaqişələrin həllində irəliləyişə nail olmaq üçün Qərb-Rusiya qarşıdurmasından yox, Türkiyə-Rusiya əməkdaşlığından yararlanmaq olar. Əks təqdirdə, Rusiyanın dağılmasını, yaxud Kremlə “demokratın” gəlişini gözləmək uzun zaman alacaq.

Gununsesi.info