Türkiyə Qazaxıstandakı etirazlara bağlı bəyanat YAYDI

  • By admin
  • 05 Yanvar 2022 14:41

Tükiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın bir sıra şəhərlərində genişmiqyaslı etirazlara dair bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, sənəd Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb.

“2-3 yanvar 2022-ci il tarixlərində Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını yaxından izləyirik. Biz dost ölkə Qazaxıstanın sabitliyinə, qardaş qazax xalqının sülh, əmin-amanlığına önəm veririk. Qazaxıstan administrasiyasının bu böhrandan çıxacağına tam inanırıq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik.”,- bəyanatda deyilir.

Gununsesi.info