Türkiyə qırmızı xətti keçir – Nazir

  • By admin
  • 17 Fevral 2018 15:30


Türkiyə son hərəkətləri ilə qırmızı xətti keçir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Yunanıstanla Türkiyə arasındakı Kardak gərginliyinə münasibət bildirən Yunanıstanın Xarici İşlər naziri Nikos Kocias deyib.

“Türkiyə yaxşı bilməlidir ki, Yunanıstan nə Suriya, nə də İraqdır”, – nazir bildirib.

Qeyd edək ki, Kardak qayalıqlarında iki ölkəyə məxsus qayıqların toqquşması gərginliyə səbəb olmuşdu.

Gununsesi.info