Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəsmisi Azərbaycan yanğınsöndürənlərindən danışıb

  • By admin
  • 07 Avqust 2021 20:17

“Burada azərbaycanlı qardaşlarımızla birlikdə olduqca ciddi yanğın nöqtələrində iş aparmaqdayıq”.

Bunu Türkiyədəki aktiv yanğın bölgələrindən biri olan Aydın şəhərinin Çine rayonunda “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Qızıl Aypara Cəmiyyətinin Bornova rayon sədri Cemil Korkut bildirib.

O, azərbaycanlı yanğınsöndürənlərin həm yanğın ocaqlarının söndürülməsi və xilasetmə əməliyyatlarında iştirak etdiyini, həm də ölkənin müxtəlif vilayətlərindən gələn yardımların paylanmasında xüsusi rol oynadığını bildirib. Cemil Korkut qeyd edib ki, Azərbaycan yanğınsöndürənləri yanğınları söndürmək üçün meşə zolaqlarına yola salınıb.

Gununsesi. info