Türkiyə Rusiya ilə anlaşdı: “Proses daha da sürətlənib”

  • By admin
  • 08 Noyabr 2022 20:18

Türkiyə və Rusiya milli valyutalarda, o cümlədən enerji sahəsində qarşılıqlı hesablaşmalarda konsensus əldə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

“Rusiya ilə ticarətimiz bir çox istiqamətlərdə davam edir. Enerji, şübhəsiz ki, ən böyük xərclərdən biridir, lakin bu, turizm və qidaya da aiddir. Təxminən 5-6 ildir ki, hər iki ölkənin lideri milli valyutalarla ticarəti davam etdirmək niyyətində olduqlarını bildiriblər. İndiyədək bu proses daha da sürətlənib. Son görüşlərimizdə Rusiya qazının rublla ödənilməsi ilə bağlı razılıq əldə olundu. Bununla bağlı təbii ki, bəzi texniki işlərin yerinə yetirilməsi lazımdır”, – nazir deyib.

Dönməz Türkiyə ilə Rusiya Federasiyasının bu məsələdə razılığa gəldiyini və ölkələr arasında milli valyutalarla qismən ticarətə başlandığını təsdiqləyib.

Gununsesi.info