Türkiyə səfiri Kəlbəcərdə - Burada da valdalizm və dağıntıların şahidi olduq

  • By admin
  • 31 May 2022 15:36

“Kəlbəcərə səfər etmək mənim çoxdankı arzum idi. Belə bir imkan yaratdığına görə, Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə bildirib.

“Başqa ərazilərdə olduğu kimi, Kəlbəcərdə də valdalizm və dağıntıların şahidi olduq. Tuneldəki qətliam mənə xüsusilə təsir etdi. Çoxları bu faciə barədə məlumatsızdır. Allaha şükür ki, burada Azərbaycanın üçrəngli bayrağı dalğalanır”, – o deyib.

Türkiyəli səfir məcburi köçkünlərin tezliklə Kəlbəcərə qayıdacağına ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Gununsesi.info