Türkiyə səfiri Polad Həşimovun anasının yanına gəldi, duyğusal söhbət – VİDEO

  • By admin
  • 31 Oktyabr 2022 13:16

Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə duyğusal anlar yaşanıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı həyat yoldaşı ilə bərabər bayram mərasimində iştirak edən şəhid generalımız Polad Həşimovun anası Səmayə xanıma və şəhidin qardaşı İlham Həşimovun olduğu masaya yaxınlaşıb.

Türkiyə səfiri “Hər zaman yanınızdayıq. Bizə düşən nə varsa, “alo” deməyiniz yetərlidir.

Səmayə xanım isə, baş diplomata “Allah sizin övladlarınızı xoşbəxt etsin”, deyib.

Səfir Milli Qəhrəmanın anasına “Məni kömür mədənində böyütdü, mənim anam da sənin kimi”, deyib

Sonra diplomat onlarla səmimi söhbətində tədbirə qatıldıqları üçün təşəkkürlərini bildirib, şəhidlərimizin baş tacımız olduğuni söyləyib. Səmayə xanım və onunla bərabər tədbirə qatılan digər şəhidimizin anası da ürək sözlərini bölüşərkən duyğusal anlar yaşanıb.