Türkiyə səfirliyində hər kəsi duyğulandıran rəsm -VİDEO

Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında qardaş ölkədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır.

Dağıntılar altında qalaraq həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə səfirliyin önünə gül dəstələri, əklillər düzülüb.

Bununla yanaşı, burada azərbaycanlı uşaqların türkiyəli uşaqlara göndərmək üçün gətirdikləri oyuncaqlar da var.

Gətirilən əşyaların içində Azərbaycan və Türkiyənin qardaşlığını, bir ürək olduğu əks etdirən rəsm əsəri xüsusi diqqət çəkib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Gununsesi.info