“Türkiyə Suriyanın şimalındakı İdlib bölgəsinə qoşun yeridəcək” - ƏRDOĞAN

  • By admin
  • 22 Sentyabr 2017 11:55

erdogan

Deskalasiya bölgələri sazişi çərçivəsində Türkiyə Suriyanın şimalındakı İdlib bölgəsinə qoşunlarını yerləşdirəcək.

Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Reuters-ə müsahibəsində deyib.

Onun sözlərinə görə,  Suriyadakı deskalasiya əraziləri məsələsi Ankara-Moskva-Tehran arasına müzakirə olunaraq razılığa gəlib.”Bu məsələ bir daha gələn həftə Rusiya prezidenti Vladimir Putinlə Türkiyəyə səfəri çərçivəsində müzakirə olunacaq. Deskalasiya zonaları haqqında saziş çox ümidverici bir ideyadır. Hansı ki, Rusiya da İdlib ətrafında təhlükəsizliyin təmin olunmasını dəstəkləyir. Türkiyə isə İdlibin təhlükısizliyini təmin edən ölkədir”- deyə, Ərdoğan bildirib.

Türkiyə prezidenti əlavə edib ki, qarşımızda duran vəzifələr elə də sadə məsələlər deyil: “ Biz bu məsələləri bir daha Vladimir Putinlə terroristləri birdəfəlik təmizləmək üçün ciddi addımlar atamağı müzakirə edəcəyik. Belə bir addımın atılması isə çox vacibdir”.

Gununsesi.info