Türkiyə Surriyada yeni əməliyyat keçirməyi planlaşdırır

Türkiyə Suriyanın şimalında PKK terror təşkilatının döyüş dəstələrinə qarşı növbəti xüsusi əməliyyat keçirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı yüksəkvəzifəli türkiyəli məmura istinadən “Reuters” agentliyi yayıb.

Mənbənin sözlərinə görə, hazırda İraqda PKK birləşmələrinə qarşı əməliyyat davam etdirilir: “Bu əməliyyat başa çatdıqdan sonra bizim Suriyada konkret hədəflərimiz olacaq. Kürd döyüşçülər və yaxud İŞİD-dən Türkiyəyə qarşı yaranan təhdidlər qəbuledilməzdir”.

Gununsesi.info