Türkiyə TŞ toplanır: Ukrayna və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq

  • By admin
  • 23 Mart 2022 12:21

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda R.T.Ərdoğanın NATO-nun növbədənkənar iclasında iştirakı ərəfəsində Rusiya-Ukrayna məsələsi, Türkiyənin PKK, İŞİD və FETÖ kimi terror təşkilatları ilə həm ölkə daxilində, həm də xaricdə mübarizəsi və Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.

İclasdan sonra mətbuat üçün yazılı açıqlama veriləcək.

Gununsesi.info