“Türkiyə üç prinsipdən heç vaxt imtina etməyəcək”

  • By admin
  • 06 Oktyabr 2019 16:45

Yeni insan haqları ilə bağlı plan hazırlanacaq və bu, iqtidar olduğumuz dönəmə damğa vuracaq işlərdən biri olacaq.

Gununsesi.org türk mətbuatına istinadən bildirir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.

AKP sözçüsü məhkəmə ilə bağlı islahatların aparılacağını, məhkəmə proseslərinin vətəndaşların xeyrinə sadələşdiriləcəyini bildirib.

“Terrorla mübarizədə 3 prinsipdən heç vaxt imtina edilməyəcək. Mübarizə fasiləsiz olaraq davam etdiriləcək, heç bir sahədə boşluq olmayacaq, terrorizmin mənbəyi qurudulacaq”, – deyə Ö. Çelik əlavə edib.

 

 

Gununsesi.org