Türkiyə Ukraynada “Bayraktar” zavodu açır - PUTİNİN SÖZÇÜSÜNDƏN HƏDƏ

  • By admin
  • 10 Avqust 2022 12:12

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılsa, demilitarizasiyaya məruz qalacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun açılmasına münasibət bildirib.

Kreml rəsmisi həmin zavodun yaradılacağı halda Ukraynanı ora zərbə endirməklə təhdid edib.

Qeyd edək ki, dünən açıqlama verən Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar bildirmişdi ki, Ukrayna və Türkiyə arasında “Bayraktar” zavodunun tikintisinə dair saziş imzalanıb.

Günay 
Gununsesi.info