Türkiyə və ABŞ-ın Müdafiə nazirlərinin görüşü gözlənilir

  • By admin
  • 08 Noyabr 2017 20:25

Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli ABŞ-ın müdafiə naziri Ceyms Mettislə regional məsələləri müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən deyilib ki, görüşdə Türkiyə və ABŞ-ın Müdafiə nazirləri Suriya böhranının nizamlanması və terrorizmlə mübarizə yollarını müzakirə edəcəklər.

Qeyd olunub ki, nazirlərin görüşü NATO-nun Brüsseldə keçiriləcək toplantısı çərçivəsində baş tutacaq.

Həmçinin bildirilib ki, N.Canikli NATO-nun baş katibi Yens Stoltenberq və Almaniyanın müdafiə naziri Ursula fon der Leyenlə də görüşlər keçirəcək.

Qeyd edək ki, BMT-nin məlumatına əsasən Suriyada 2011-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 500 mindən çox insan həlak olub.

Gununsesi.info