Türkiyə və ABŞ rəsmilərinin görüşü təxirə salındı

  • By admin
  • 07 Noyabr 2017 20:00

Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü noyabrın 9-a keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar B.Yıldırım bu gün ABŞ-a səfər etdikdən sonra verilib.

Bu gün baş tutmalı olan görüşün təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyənin baş naziri B.Yıldırım bu gün ABŞ-a rəsmi səfərə gəlib.

B.Yıldırımın Vaşinqtonda regional məsələləri, eləcə də iki ölkə arasında viza böhranını müzakirə edəcəyi bildirilir.

Gununsesi.info