Türkiyə və Ermənistan birbaşa hava karqo daşımaçılığına başlayır – Ankara və İrəvandan daha bir yaxınlaşma addımı

  • By admin
  • 06 Yanvar 2023 22:19

Türkiyə və Ermənistan arasında gerçəkləşdirilən görüşmələr zamanı daha bir maneə aradan qaldırılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkə dialoq zamanı birbaşa hava karqo daşımaçılığının qarşısındakı maneələri aradan qaldırıb.

Diplomatik qaynaqlar tərəfindən verilən bilgilərə görə, iki ölkənin normallaşma prosesi çərçivəsində keçirilən görüşlər nəticəsində, 1 yanvar 2023-cü ildən Türkiyə və Ermənistan arasında birbaşa hava ticarəti mümkün olacaq.

Xəbərdə yeni qərarın Türkiyə Ticarət Nazirliyi tərəfindən təlimatla bu ölkənin ixracatçı birliklərinə ötürüldüyü yazılır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info