Türkiyə və İran prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər

  • By admin
  • 19 Fevral 2018 21:30

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaniarasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, tərəflər Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Gununsesi.info