Türkiyə və Rusiya buna görə birləşib

  • By admin
  • 28 Fevral 2021 10:25

Türkiyənin fərqli tarixi təcrübəsi mövcuddur.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu rus tarixçi Oleq Ayrapetov ABŞ-ın “Stratfor” analitik şirkətinin Türkiyə ilə bağlı hazırladığı xəritə haqqında danışarkən deyib.

O bildirib ki, Türkiyə Qarabağdakı zəfərdə arxa planda yer aldı və müharibənin gedişatını dəyişdirmək gücünə sahib idi.

Tarixçinin sözlərinə görə, Rusiya və Türkiyə böyük mənfəətlər ətrafında birləşib:

“Buna misal olaraq “Cənub axını”nın inşasını, nüvə enerji sahəsindəki əməkdaşlığı göstərmək olar”.

O.Ayrapetov qeyd edib ki, Polşa və Ukrayna Türkiyəni cəbhə xəttinin cənub qanadına çəkmək istəyir:

“Əgər Türkiyə, Ukrayna və Polşa koordinasiyalı şəkildə hərəkətə keçərsə, onda bu, Rusiya üçün yaxşı olmaz. Güclü bir qruplaşma yarada bilərlər”.

Gununsesi.info